SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi rayonlarında qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi rayonlarında qaz olmayacaq

  • 15 iyul 2025, 09:53
Bakı

Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin "Bülbülə" qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Prime Leasing