Sakinlər ilə MTK üz-üzə: Evimiz var, rahatlığımız yoxdur - VİDEO

Sakinlər ilə MTK üz-üzə: "Evimiz var, rahatlığımız yoxdur" - VİDEO

  • 25 aprel 2025, 22:32
Abşeron

"Evimiz var, amma evimizdə rahatlığımız yoxdur".

Yurd.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində "Viləşçay-İnşaat" MTK-nın inşa etdiyi binada yaşayan sakinlər belə iddia edirlər.

Binada 250 ailə yaşayır.

Sakinlər bildiriblər ki, rəsmi olaraq mənzillər onların şəxsi mülkiyyətidir, lakin MTK rəhbərinin ora təyin etdiyi yaxınları, binaları qeyri-rəsmi şəkildə idarə edir və sakinlərdən qanunsuz olaraq xidmət haqqı yığır. Üstəlik, bu xidmət haqqına uyğun heç bir real xidmətin göstərilmədiyi iddia olunur.

Sakinlərin sözləeinə görə, binada yaranmış kommunal problemlərə vaxtında reaksiya verilmir. Əvəzində isə hər ay "xidmət haqqı" adı altında vəsait toplanır.

MTK-nın təsisçisi İsrafil Hüseynov isə iddialarla razılaşmır. O, bütün bu narazılıqları "əsassız" adlandırıb.

Sakinlər səlahiyyətli qurumlar tərəfindən məsələyə müdaxilə olunmasını, bina idarəçiliyində şəffaflıq və hüquqi əsasların təmin edilməsini istəyirlər.

Ətraflı süjetdə: