SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sabirabadda şəhidlərimizin həyat yolunun sənədləşdirilməsi ilə bağlı gənclərin LAYİHƏSİ

Sabirabadda şəhidlərimizin həyat yolunun sənədləşdirilməsi ilə bağlı gənclərin LAYİHƏSİ

  • 20 fevral 2026, 20:44
Sabirabad

Sabirabadda gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhidlərimizin həyat yolunun sənədləşdirilməsi və qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi məqsədilə həyata keçirilən “Dastana dönən HEKAYƏLƏR” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində ümumilikdə 10 ailə ziyarət edilib. Bunlardan 8-i Vətən müharibəsi şəhidi, 2-si isə müharibə qazisidir.

Eyni zamanda qazilər Namiq İbrahimli və Fərid Zeynalovun ailələri ilə də görüşlər keçirilib, onların döyüş yolu və həyat hekayələri lentə alınıb.

Hər bir ailə ilə aparılan söhbətlər, xatirələr, valideynlərin və yaxınlarının duyğuları əsasında sənədli videoçarxlar hazırlanıb. Layihənin əsas məqsədi şəhid və qazilərimizin həyat hekayələrini emosional deyil, eyni zamanda faktoloji və tarixi sənəd kimi təqdim etmək olub.

Layihənin yekun mərhələsində hazırlanmış film ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimində şəhid ailələri, qazilər, gənclər, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Film nümayişindən sonra “Gənclərin vətənpərvərlik tərbiyəsində qəhrəmanlıq irsinin rolu” mövzusunda forum təşkil olunub. Forum zamanı layihənin əhəmiyyəti, gənclərlə iş istiqamətində bu tip təşəbbüslərin vacibliyi və milli-mənəvi dəyərlərin qorunması məsələləri müzakirə edilib.

Çıxış edənlər bildiriblər ki, bu cür layihələr yalnız anım xarakteri daşımır, eyni zamanda yeni nəslin ideoloji formalaşmasına töhfə verir.

“Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində təqdim olunan hər bir hekayə bir ailənin taleyi olmaqla yanaşı, bütövlükdə Azərbaycanın müasir tarixinin bir parçasıdır.

Layihə rəhbəri Müşfiq Tarıverdiyev çıxışında qeyd edib ki, əsas məqsəd qəhrəmanlarımızın adlarını yalnız siyahılarda deyil, canlı yaddaşda yaşatmaqdır:

“Şəhidlər tarix yazdı. Bizim vəzifəmiz o tarixi danışmaqdır”.

Layihə iştirakçıları tərəfindən bildirilib ki, bu təşəbbüs gələcəkdə daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulan vətənpərvərlik yönümlü layihələrin əsasını qoyur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq reallaşdırılıb. Təşəbbüsün müəllifi Müşfiq Tarıverdiyevdir. Layihənin icrası zamanı Mingəçevir Dövlət Universiteti və Sabirabad Gənclər Evi təşkilati dəstək göstərib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları