SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Sabah bu yaşayış məntəqələrində qaz KƏSİLƏCƏK - YENİLƏNİB

Sabah bu yaşayış məntəqələrində qaz KƏSİLƏCƏK - YENİLƏNİB

  • 18 iyun 2025, 22:26

Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir- quraşdırma işlərinin aparılması məqsədi ilə 19.06.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunlar ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


*** 16:41

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Yurd.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar iyunun 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, "Payız-Qış" mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz, dayanıqlı və təhlükəsiz təmin edilməsi ilə əlaqədar Neftçala rayonunun Bankə qəsəbəsində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması, həmçinin qəsəbənin bir hissəsini təbii qazla təmin edən qaz kəməri üzərində Dş 80 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi məqsədilə sabah saat 10:00-dan etibarən işlər başa çatana qədər Bankədə (ümumi 1 527 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Prime Leasing