SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qubanın kəndləri bir aydır işıqsız qalıb

Qubanın kəndləri bir aydır işıqsız qalıb

Quba

Qubada selin gətirdiyi problemlər hələ də qalır.

Yurd.Media xəbər verir ki, Qubanın rayon mərkəzindən 80 km uzaqlıqda yerləşən Qarxun kəndində bu gün də elektrik enerjisi yoxdur, sakinlər 24 gündür ki, işıqsız qalıblar.

Aprel ayının ortasında güclü qar və yağıntılar səbəbindən Qarxunla Adur kəndləri arasındakı 40 elektrik dirəyi aşıb, kəndin yeganə transformatoru da sıradan çıxıb.

"Xəzər TV"yə şikayət edən sakinlər bildirir ki, aidiyyatı qurumlardan bu günə qədər maraqlanan olmayıb.

Quba Rayon İcra Hakimiyyəti İcra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirdi ki, təkcə Qarxun kəndində deyil, hazırda Quba rayonunda 20-dən çox kənddə işıq yoxdur. Elektrik dirəklərinin və yolların bərpası istiqamətində işlər görülür. Briqadalar ərazilərə cəlb olunub. Qarxun kəndində də problem yaxın günlərdə həllini tapacaq.