Qubada örüş sahələri QALMAQALI: Sakinlər NARAZIDIRLAR

Qubada örüş sahələri QALMAQALI: Sakinlər NARAZIDIRLAR

  • 28 aprel 2025, 09:18
Quba

Qubada sakinlər örüş sahələrinin bələdiyyə tərəfindən satılmasından narazıdırlar.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin iddialarına görə, bir şəxs sənədlə 3 hektar torpaq sahəsinə sahib olsa da, ərazidə faktiki olaraq 10 hektardan çox torpaq zəbt edilib.

Onlar dəfələrlə sahənin açılmasını tələb ediblər, lakin nəticə əldə edə bilməyiblər.

Ərazini zəbt etdiyi bildirilən şəxs Elçin İbadov isə narazılıqları əsassız adlandırıb.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Arif Ömərov bildirib ki, torpaq sahəsi həmin şəxsə qanuni şəkildə verilib.

Onun sözlərinə görə, artıq bir neçə hektar sahə çəpərlənib. Hazırda həmin sahədə taxıl əkilib. Biçin başa çatdıqdan sonra zəbt edilmiş sahələr vətəndaşların örüş sahəsi kimi istifadəyə veriləcək.

Ətraflı süjetdə: