SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qida allergiyası uşaqlar üçün təhlükə yaradır: Həkimdən XƏBƏRDARLIQ

Qida allergiyası uşaqlar üçün təhlükə yaradır: Həkimdən XƏBƏRDARLIQ

  • 12 may 2025, 23:56

Son günlər uşaqlar arasında kəskin allergik reaksiyalar, səpki, qaşınma, qızartı, burun axması və digər simptomlar müşahidə olunur.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bəzən bu əlamətlərlə ev şəraitində mübarizə aparmaq mümkün olmur və valideynlər həkim qapısını döyməyə məcbur qalırlar.

Bir valideynin sözlərinə görə, altı aylıq körpəsi əlavə qidalanmaya keçid zamanı qabaqdan istifadə etdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib:

"Altı aylıq körpəm var. Əlavə qida rasionuna keçəndə qabaq verdim. Övladım allergiya oldu. Cəmi 15 dəqiqə ərzində bütün bədəni səpdi. Gördüm ki, bir az da keçsə, şoka düşəcək. Buna görə təcili tibbi yardım çağırdıq. Vaxtında müdaxilə edilməsəydi, bəlkə də, körpəm həyatını itirə bilərdi".

Uşaqlarda bu cür əlamətlərin müşahidə olunmasına əsas səbəb qəbul etdikləri qidalardır. Həkim Nərmin Zakirlinin sözlərinə görə, onun işlədiyi xəstəxanaya qeyd olunan simptomlarla hər gün ən azı 15-20 pasiyent müraciət edir:

"Alma, banan, peçenye, balıq məhsulları, yerfıstığı kimi qidalar allergiyaya səbəb ola bilər. Bal isə çox təhlükəli hesab olunur və bu səbəbdən 3 yaşına qədər uşaqlara verilməsi tövsiyə olunmur".

Mütəxəssis bildirib ki, belə hallarda çox yubanmadan pediatr və ya allerqoloqa müraciət etmək lazımdır. Antihistamin dərmanlar varsa, həkimlə məsləhətləşərək uşağa evdəcə ilkin yardım etmək və dərhal xəstəxanaya çatdırmaq tövsiyə olunur. Çünki valideynlər gecikmə zamanı arzuolunmaz nəticələrlə qarşılaşa bilərlər.

Ətraflı süjetdə: