Qərb bölgələrində gömrüklə bağlı sualları olanların DİQQƏTİNƏ

Qərb bölgələrində gömrüklə bağlı sualları olanların DİQQƏTİNƏ

  • 15 aprel 2025, 10:33
Ağstafa

Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri olanlar gələn həftə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla görüşə yazıla bilərlər.

Yurd.Media xəbər verir ki, Komitə sədri 21-də saat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küç.1) Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.