Qarabağ Universitetində VAKANSİYA elan edildi - YENİLƏNİB

Qarabağ Universitetində VAKANSİYA elan edildi - YENİLƏNİB

  • 22 aprel 2025, 20:47
Xankəndi

Qarabağ Universiteti "Hüquqşünaslıq", "Psixologiya", "Tarix" və "Beynəlxalq münasibətlər" ixtisasları üzrə müəllim vakansiyaları elan edir.

Yurd.Media xəbər verir ki, bu varədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

16:44

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsi fənn müəllimi vakansiyaları elan edir.

Yurd.Media xəbər verir ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: İqtisadiyyat istiqaməti üzrə müəllim; nümunə: Maliyyə, mühasibat və statistika istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ətraflı məlumat üçün: //bit.ly/4cJyYXM

Qeyd edək ki, son müraciət tarixi 5 may 2025-ci ildir.