SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Qadın sərnişinlə tanış olmaq istəyən taksi sürücüsü saxlanıldı

Qadın sərnişinlə tanış olmaq istəyən taksi sürücüsü saxlanıldı

  • 24 iyun 2025, 22:41

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı "Chevrolet" markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

"Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur", - məlumatda bildirilir.

Prime Leasing