SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Ölkədə doğum sayı AZALIB

Ölkədə doğum sayı AZALIB

  • 15 may 2025, 13:19

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşmüşdür.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. "Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olmuşdur.

Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olmuşdur", - məlumatda bildirilib.