SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Ofisdən kənar və gecə işləyənlər üçün YENİLİKLƏR

Ofisdən kənar və gecə işləyənlər üçün YENİLİKLƏR

  • 16 yanvar 2026, 23:08

Azərbaycanda ofisdən kənar (məsafədən) işləyənlər, həmçinin gecə növbəsində işləyənlərlə bağlı Əmək Məcəlləsinə dəyişiklik olunub.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyevin Məcəlləyə dəyişikliklə bağlı imzaladığı Fərmana əsasən əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

Digər dəyişikliklə gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.

Belə ki, Qanuna əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları