SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Nazir: Ötən il Azərbaycanda fermerlərə 362,5 mln. manat subsidiya ödənilib

Nazir: Ötən il Azərbaycanda fermerlərə 362,5 mln. manat subsidiya ödənilib

  • 02 may 2025, 11:45

2024-cü ildə Azərbaycanda 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib.

Yurd.Media-nın məlumatına görə, “APA-Economics, xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır:

“2023-cü il ərzində 6,477 texnika üçün 83,9 milyon manat, ötən il isə 9,107 texnika üçün 80,8 milyon manat güzəşt ayrılıb. Həmçinin, 2024-cü ildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları