SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin ödənişini necə edəcəklər?

Mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin ödənişini necə edəcəklər?

  • 10 iyun 2025, 17:26

"Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər".

Yurd.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər:

“Məsələn vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Amma yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində, bu, həmin binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”.

Prime Leasing