Yeni bina, köhnə problemlər: Masallıda sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Yeni bina, köhnə problemlər: Masallıda sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

  • 22 aprel 2025, 23:53
Masallı

Masallıda köhnə binadan yeni binaya köçürülən sakinlər bir ilə yaxındır ki, nə kommunal xidmətlərdən istifadə edə bilir nə də onlara mənzillərin sənədləri təqdim olunur.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, 10 ailə üçün tikilən iki mərtəbəli yeni yaşayış binasında qaz və su təminatı yoxdur. Həmçinin, yaşadıqları evlərin sənədləri də onlara təqdim olunmayıb.

Sakinlər bildiriblər ki, əvvəllər yaşadıqları bina qəzalı vəziyyətdə olub. Dövlət tərəfindən onlar üçün hazırda yaşadıqları bina inşa olunub. Tikinti başa çatdıqdan sonra 6 ailə mənzillərə köçürülüb. Lakin rəsmi olaraq onlar heç bir qurumla müqavilə bağlaya bilmirlər.

Binada yaranan problemlə bağlı Masallı Mənzil İstismar Sahəsinin rəisi Tural Ağammədov bildirib ki, bina hələ də onlara təhvil verilməyib. Buna görə də sakinlərin sadaladıqları problemləri həll edə bilmirlər.

Ətraflı süjetdə: