Masallı rayonunda vətəndaşların növbəti qəbulu keçirilib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun növbəti vətəndaş qəbulu baş tutub.
Yurd.Media xəbər verir ki, qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək onları narahat edən sosial-məişət məsələləri, məşğulluq, infrastrukturun yaxşılaşdırılması, torpaq münasibətləri, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
İcra başçısı hər bir vətəndaşı diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericilik çərçivəsində araşdırılması və həll edilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin isə müvafiq strukturlar tərəfindən nəzarətə götürüldüyü bildirilib.
Araz Əhmədov vətəndaş qəbulunun sonunda qeyd edib ki, belə görüşlər dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, problemlərin operativ və şəffaf şəkildə həll olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.