SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kənd sakinləri vergidən yayındıqları üçün yolları keçilməz qalıb - VİDEO

Kənd sakinləri vergidən yayındıqları üçün yolları keçilməz qalıb - VİDEO

  • 23 dekabr 2025, 22:07
Cəlilabad

Cəlilabad rayonunun 600-dən çox sakini olduğu Oğrubulaq kəndinin yolu keçilməz hala gəlib.

Yurd.Media xəbər verir ki, kəndə gedən 2.5 km-lik yolda sakinlər hər gün palçıq və gölməçələrə batıb qalmamaq üçün xeyli əziyyət çəkirlər. 

Sakinlər mövcud vəziyyəti belə şərh ediblər:

"Hüzr var, gedə bilməmişəm. Sabah məcburam ki, yasa atla, eşşəklə və ya piyada gedim".

"Kəndimizdə 600-dən çox adam var. Əvvəl yolumuza çınqıl tökülmüşdü, sonra gəlib bura palçıq tökdülər. Allah haqqı, belimizdə yük daşıyırıq. Bizim çəkdiyimiz yolu bizə geri qaytarsınlar".

Məsələ ilə bağlı Ağdaş Bələdiyyəsinin sədri Şəmsəddin Məmmədov "Baku TV"yə çıxış yolunu vergi intizamında görərək bunları qeyd edib:

"Oğrubulaq kənd sakinləri vergiləri ödəməkdən yayınırlar. Biz çalışırıq ki, yolların problemlərini aradan qaldıraq, çünki bələdiyyə bütün işlərini vergilər hesabına təmin edir. Əgər adıçəkilən kəndin sakinləri vergilərini ödəsələr, nəinki o kəndi, digər kəndlərimizi də qum-çınqılla təmin etmək bizim vəzifə borcumuzdur".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları