SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İsmayıllıda yol tikintisi zamanı vətəndaşın evi çatlayıb? - ŞİKAYƏT

İsmayıllıda yol tikintisi zamanı vətəndaşın evi çatlayıb? - ŞİKAYƏT

İsmayıllının Tircan kənd sakini Məhəmməd Mirsəlov iddia edir ki, yol tikintisi zamanı istinad divarlarında çatlar əmələ gəldiyi üçün iki ildir evində yaşaya bilmir.

Yurd.Media xəbər verir ki, ev sahibi dəymiş ziyanın ödənilməsini istəyir.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Tv"yə açıqlamasında qeyd edir ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi layihəsinə əsasən vətəndaşa məxsus yaşayış və qeyri-yaşayış sahələri tikinti altına düşürdü. Lakin vətəndaşın agentliyimizə müraciəti əsasında yolun oxu kənara çəkilmiş və ona məxsus yaşayış, qeyri-yaşayış sahələri yol kənarında saxlanılmışdır:

"Daha sonra vətəndaş yenidən agentliyimizə müraciət edərək yol tikintisi nəticəsində həmin tikili də çatların yarandığını iddia edib. Əraziyə agentliyimizin və yerli icra hakimiyyətinin mütəxəssisləri tərəfindən vizual baxış keçirilib. Müayinə nəticəsində məlum olmuşdur ki, iddia edilən çatlar yeni olmayıb, yol tikintisindən əvvəl yaranıb. Bu barədə vətəndaşa da məlumat verilibr. Həmçinin vətəndaşa bildirilib ki, əgər vizual müayinə nəticəsi ilə razılaşmırsa, instrumental müayinənin aparılması üçün bu sahədə ixtisaslaşmış qurumlara müraciət edə bilər".

Qurum rəsmisi vurğuladı ki, vətəndaş hazırda məsələ ilə bağlı məhkəməyə müraciət edib və şikayət araşdırılmaqdadır.

Prime Leasing