SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

  • 01 avqust 2025, 08:42
Lənkəran

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq sabah saat 10:00-dan 13:00-dək rayonun Cil, Xarxatan, Küvənil, Şağlaser, Viravul, Viyən kəndləri, Aşağı Nüvədi, Gərmətük qəsəbələri, saat 14:00-dan 16:00-dək Vilvan, saat 14:00-dan 16:30-dək Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran, Tütəpeştə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Prime Leasing