“İnsanlar özünü inkişaf etdirmək üçün yox, dolanışıq üçün Bakıya gəlir”.
Bunu Ağ Partiya sədri Tural Abbaslı Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Onun sözlərinə görə, kəndlərdən Bakıya axın etmək insanların mədəni həyat arzusu ilə deyil, məcburi dolanışıq ehtiyacı ilə bağlıdır:
“Rayondan gəlib burda taksi sürəndən, rəngsazlıq edəndən soruşursan, heç biri demir ki, sosial-mədəni həyatım olsun deyə gəlmişəm. Hamı pulsuzluqdan gəldiyini deyir. Evi-eşiyi kənddə qalır, amma qaz, işıq, gündəlik xərclər üçün pul lazım olduğuna görə bura köçürlər”.
T. Abbaslı hesab edir ki, problemin həlli üçün bölgələrdə iş yerlərinin açılması və icra başçılarının bu məsələyə birbaşa cavabdeh olması vacibdir:
“Sənin gənc əhalin nə qədərdir? Onların neçə faizini işlə təmin edə bilmisən? Onların neçə faizi özünü realizə edə bilir? Bu suallar icra başçılarının qarşısına öhdəlik kimi qoyulmalıdır”.