SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
İmişlinin kəndi susuzluqdan əziyyət çəkir

İmişlinin kəndi susuzluqdan əziyyət çəkir

  • 16 avqust 2025, 15:02
İmişli

İmişli rayonunun Hacırüstəmli kəndinin əkin sahələri susuz qalıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, fermerlər bildirir ki, bir müddətdir kəndin pambıq və yonca sahələrinə su verilmir. Nəticədə havaların həddindən artıq isti keçməsi ilə yanaşı, suyun verilməməsi də məhsul itkisinə səbəb olub.

Fermerlər mövsümün əvvəlində çəkdikləri xərclərin boşa çıxacağından narahatdır. Müəyyən şikayətlərdən sonra cəmi bircə dəfə sahələr suvarılıb. Halbuki, indiyə qədər sahələrdə 3 dəfə suvarma işləri aparılmalı idi.

Oxşar vəziyyət Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində də yaşanır.

Problemlə bağlı İmişli rayon Köhnə Cənub Muğan Sudan İstifadəedənlər Birliyindən bildirilib ki, hazırda bölgədə suvarma suyu məhdud şəkildə verilir:

"Mövcud su çatışmazlığı səbəbindən növbəlilik prinsipi tətbiq olunur və bütün ərazilərə mərhələli şəkildə suyun çatdırılması üçün iş aparılır".

Prime Leasing