Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Göygöl rayonunda sabah əmək yarmarkası keçiriləcək.
Yurd.Media xəbər verir ki, yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Qeyd edək ki, tədbir Göygöl rayonu, A.Kazımov küçəsi 3-də yerləşən Gəncə-Daşkəsən RMF-nin Göygöl rayon xidməti şöbəsində saat 11:00 -dan 13:00-dək təşkil olunacaq.