SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Göygöl rayonunda meşə zibil poliqonuna çevrilir

Göygöl rayonunda meşə zibil poliqonuna çevrilir

  • 29 iyul 2026, 21:28
Göygöl

Göygöl rayonunun Köşkü kəndi ərazisində yerləşən meşəlik sahədə antisanitar vəziyyət yaranıb.

Yurd.Media xəbər verir ki, sakinlərin və bölgəyə gələn ziyarətçilərin bildirdiyinə görə, son günlər istirahət üçün meşəyə üz tutan bəzi şəxslər istifadə etdikləri plastik qablar, içki şüşələri, sellofan torbalar və digər məişət tullantılarını ərazidə qoyaraq gediblər.

Yaranmış vəziyyət meşənin təbii görünüşünü korlamaqla yanaşı, ətraf mühit üçün də təhlükə yaradır. Xüsusilə yay mövsümündə meşə ərazilərində qalan plastik və yanar tullantıların mümkün yanğın riskini artırdığı vurğulanır.

Sakinlər bildirirlər ki, Köşkü kəndi ətrafındakı meşələr həm yerli əhali, həm də turistlər tərəfindən tez-tez ziyarət olunur. Lakin bəzi istirahət edənlərin məsuliyyətsiz davranışı nəticəsində ərazidə tullantıların həcmi artır.

Qeyd edək ki, meşələrdə atılan plastik tullantılar uzun illər təbiətdə qalır, torpağın və su mənbələrinin çirklənməsinə səbəb olur, eyni zamanda heyvanlar üçün təhlükə yaradır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları