Azərbaycanda 2-8 fevral tarixlərində təşkil olunan “Gənclər Həftəsi 2026” tədbirlərinə 1 milyon manatdan çox pul xərclənib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, “Gənclər Həftəsi 2026” tədbirlərinin təşkilini “VATA” şirkəti həyata keçirir.
Bu işlərə görə Gənclər və İdman Nazirliyi şirkətə 1 milyon 87 min 275 manat ödəyəcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənclər həftəsi”nin əsas məqsədi 2 Fevral - Azərbaycan Gəncləri Gününü qeyd etmək, gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, onların ictimai və yaradıcı fəallığını təşviq etmək, potensiallarını milli prioritetlərə yönəltmək və cəmiyyətin inkişafında fəal iştirakını təmin etməkdir.“Gənclər həftəsi”ndə vahid konsepsiya əsasında #gənclərüçün hər gün fərqli istiqamətlər üzrə tədbir və layihələr təşkil olunacaq.
