SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Füzuli şəhərinə köçürülmüş 53 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edilib

Füzuli şəhərinə köçürülmüş 53 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edilib

  • 05 avqust 2025, 22:49
Füzuli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya verilən məlumata görə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kombi və sanitar qovşağın quraşdırılması, poliqrafiya xidmətləri, un məmulatları istehsalı zərfləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 53 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Prime Leasing