Fərdi yaşayış evinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir - Müraciətlərimiz cavabsız qalıb

Fərdi yaşayış evinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir - "Müraciətlərimiz cavabsız qalıb"

Zaqatala

Fərdi yaşayış evinin üzərində yerləşən elektrik xətti təhlükə yaradır.

Zaqatala rayon Muxax kəndinin sakini Mübariz Hacıyevin evinin üzərindən 10 min kv-lıq yüksək gərginlikli elektrik xətti keçir və narahatlığa səbəb olur.

Yurd.Media xəbər verir ki, ev sahibi dəfələrlə müraciət etdiyini bildirsə də, cavabsız qalıb.

"ATV"yə şikayət edən vətəndaş bildirib ki, bu elektrik xətti Muxax adlanır. Kəndin bir hissəsini elektrik enerjisi ilə təmin edir və tək onun yox bir çox sakinlərin evindən keçir.

Özü də etiraf edib ki, ev tikdiyi ərazidə yüksək gərginlikdə elektrik xəttinin keçdiyindən xəbəri olub. Amma torpaq alan zaman bələdiyyədən bildirilib ki, burdan keçən elektrik xəttinin yeri dəyişdiriləcək. 20 ildən çox keçməsinə baxmayaraq, vədə əməl olunmayıb:

"Şalvan çürüyüb. Aidiyyatı üzrə rəsmi qaydada müraciət edildikdən sonra mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və xəttin yerinin dəyişdirilməsinə qərar verilib. Hətta yeni dayanağın basdırılacağı yerdə təyin olunub",- deyə kənd sakini bildirib.