SÜJET
Azərbaycanda mənzil qiymətlərinin yüksək olması səbəbindən bir çox vətəndaş ev sahibi olmaqda çətinlik çəkir.
Yurd.Media xəbər verir ki, əmlak üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə hazırda iki əsas seçim mövcuddur: ipoteka krediti və kirayə əsasında satılan mənzillər.
"Kirayə ilə satılan mənzillər yalnız müəyyən binalarda təklif olunur və ilkin mərhələdə 12 aylıq kirayə haqqı — təxminən 10-12 min manat ödənilir,"-ekspert bildirib.
Bu üsulda ilkin ödəniş az olsa da, mənzil son nəticədə daha baha başa gəlir.
İpoteka ilə isə istənilən çıxarışlı mənzil almaq mümkündür. İlkin ödəniş adətən mənzilin dəyərinin 25-30%-i təşkil edir. Ramil Qasımzadə vurğulayıb ki, ən sərfəli variant isə 4%-lik güzəştli ipotekadır, lakin bu kredit növü yalnız müəyyən kateqoriyalara aid şəxslər üçün nəzərdə tutulub.
Ekspertin sözlərinə görə, uzunmüddətli baxımdan ipoteka daha sərfəlidir, kirayə ilə satış isə ilkin mərhələdə daha əlçatan variantdır.