SÜJET
Babək rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidmətindən məlumat verilib.
Bildirilib ki, 100 mm və 159 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Yuxarı Buzqov, Aşağı Buzqov və Gərməçataq kəndlərində iyunun 25-i saat 09:00-dan müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
19:47
25.06.2025-ci il saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan isə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Bu barədə Yurd.Media-ya “Azəriqaz” İB-dən bildirilib.
Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə. Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.