"Əlinizdə olan smartfonlarda cinayətkar var, ehtiyatsız olsanız, talayacaqlar".
Yurd.Meia xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib. O bildirib ki, vətəndaş naməlum şəxsə inandığı anda zərərə məruz qalır:
“Çünki kiber risklər xaricdə formalaşdırılan cinayətkar qruplar tərəfindən təşkil olunur. Evini elan saytında satışa qoyur, ona zəng gəlir ki, evini almaq istəyirəm, kart məlumatlarını verin, beh göndərəcəyəm. Vətəndaş isə 16 rəqəmdən əlavə digər məxfi məlumatları da göndərib. Nəticədə bank kartından olan 9920 manat oğurlanıb”.