Azərbaycanda əlilliyi olan 131 şəxs peşə kurslarına cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yurd.Media-ya bildirilib ki, qurumun tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il əlilliyi olan daha 1500 şəxsi münasib iş yerləri ilə təmin edib.
Bildirilib ki, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kursları da təşkil olunur.
Bu il də Agentlik əlilliyi olan 131 şəxsi peşə kurslarına cəlb edib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib