SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Dövlət Komitəsi: 16 yaşlı qız axundla könüllü razılıq əsasında getdiyini bildirib

Dövlət Komitəsi: "16 yaşlı qız axundla könüllü razılıq əsasında getdiyini bildirib"

  • 21 iyun 2025, 17:14
Abşeron

Mediada yayılan 16 yaşlı qızın Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu kimi fəaliyyət göstərmiş şəxslə birgə qaçması barədə Daxili İşlər Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirlib ki, hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanında araşdırma həyata keçirilir.

"Qızla aparılmış danışıq zamanı könüllü razılıq əsasında getdiyini bildirib. Bundan əlavə, hazırda Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə səfər edilərək, qıza psixoloji dəstək göstərilməsi ilə bağlı iş həyata keçirilir", - məlumatda qeyd edilib.

Prime Leasing