SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
Coratda kanalizasiya və yol problemi gündəlik həyatı iflic edib - ŞİKAYƏT

Coratda kanalizasiya və yol problemi gündəlik həyatı iflic edib - ŞİKAYƏT

Sumqayıt

Sumqayıtın Corat bağları ərazisində kommunal infrastrukturda yaranan nasazlıqlar sakinlərin narazılığına səbəb olub.

Yurd.Media xəbər verir ki, Sumqayıt şəhərinin Corat bağları adlanan ərazisində kanalizasiya sistemindəki nasazlıqlar, yararsız yollar və su təchizatındakı problemlər sakinlərin gündəlik həyatını dözülməz edib.

Ərazidəki kanalizasiya xətlərində yaranmış nasazlıq nəticəsində çirkab sular küçəyə axır, bu səbəbdən ətrafa üfunət qoxusu yayılır.

Sakinlər "Baku TV" yə bildiriblər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem yalnız müvəqqəti olaraq aradan qaldırılır, lakin qısa müddət sonra vəziyyət əvvəlki halına qayıdır:

“Heç kim həyətində oturub çörək yeyə bilmir. Bura qonaq da gəlmir, deyirlər, biz bura necə gələk, siz nə haldasınız?!”, – sakinlərdən biri söyləyib.

Həmçinin sakinlərin sözlərinə görə, axşam saat 21:00-dan sonra əraziyə marşrut avtobusları daxil olmur.

Ərazidəki problemlərlə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur bildirib ki, hazırda ərazidə asfaltlama işləri aparılmasa da, gələcək sosial planlamaya uyğun olaraq bu məsələ diqqətdə saxlanılır.

AYNA-nın mətbuat katibi Tural Orucov isə qeyd edilib ki, Corat bağlarını 76-cı məhəllə ilə birləşdirən 33 nömrəli marşrut xətti üzrə 10 avtobus 8 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrutun pasportuna əsasən, avtobus saat 06:00-dan saat 22:00-dək fəaliyyət göstərir. Belə ki, sonuncu avtobus “Corat Bağları” dayanacağından saat 21:20-də yola düşür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək şəbəkənin fəaliyyəti bərpa edilib. 

Amma şikayətçilər problemin hələ də qaldığını, çirkab sularının ətrafa yayılmağa davam etdiyini deyirlər.