SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Cəlilabadın 10 min sakini olan kəndində palçıq dizə çıxır - VİDEO

Cəlilabadın 10 min sakini olan kəndində palçıq dizə çıxır - VİDEO

  • 02 yanvar 2026, 20:09
Cəlilabad

Cəlilabad rayonunun təxminən 10 min sakini olan Maşlıq kəndində asfalt yoxdur, palçıq dizə çıxır.

Yurd.Media xəbər verir ki, kənd sakinləri kəndin yollarının bərbad vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemin həllini tapmadığını bildirirlər.

Məsələ ilə bağlı bələdiyyə sədri Amalya Əmənova "Baku TV"yə bildirib ki, Maşlıq kəndində kənddaxili yolların böyük əksəriyyəti hələ də torpaq vəziyyətindədir və onların bir çoxunun ümumiyyətlə təməli olmayıb:

"Bələdiyyənin maliyyə imkanları əsasən əhalidən toplanan torpaq və əmlak vergiləri, eləcə də rüsum və icarə haqları hesabına formalaşır. Əhali vergiləri vaxtında ödədiyi təqdirdə, həmin vəsait hesabına yolların təmirinə hazırıq".

Cəlilabadın 10 min sakini olan kəndində palçıq dizə çıxır - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları