SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
CBC FM radiosunda Yurd.Media-nın “Praktik Media Məktəbi” MÜZAKİRƏSİ - VİDEO

CBC FM radiosunda Yurd.Media-nın “Praktik Media Məktəbi” MÜZAKİRƏSİ - VİDEO

  • 09 yanvar 2026, 15:27

CBC FM radiosunun efirində Yurd.Media-nın yeni start götürən “Praktik Media Məktəbi” layihəsi ilə bağlı müzakirələr baş tutub.

Radionun aparıcısı Xanlar Mehdiyevin təqdimatında “Səhər saatı” proqramında Yurd.Media baş redaktoru Murad Əliyev layihənin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, bu Azərbaycanda sahəvi jurnalistikanın inkişafına yönəlmiş bir layihə olacaq:

“5 ay müddətində davam edəcək təlimlərə cəlb olunacaq gənclər seçilmiş istiqamət üzrə tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyəcək, həmin sahədə daha dərin biliklərə sahib olmaq üçün istiqamətləndiriləcəklər”.

Proqram zamanı həmçinin jurnalistika tədrisi ilə bağlı aktual problemlər, süni intellektin mediaya nüfuz etməsi ilə yaranan yeni reallıqlar və bu şəraitdə işin düzgün qurulması müzakirə olunub.

Proqramın tam videosunu təqdim edirik:

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları