Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbində bir neçə gündür ki, işıqlar yanmır.
Yurd.Media xəbər verir ki, bunun məktəbin transformatorunda yaranmış nasazlıqla bağlı olduğu bildirilib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirildi ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yarandığı üçün təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb:
"Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın günlərdə məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür".
Qeyd edək ki, məktəbdə dərslər davam edir.