SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bu il daha 3445 qadın özünüməşğulluq proqramına cəlb olunub

Bu il daha 3445 qadın özünüməşğulluq proqramına cəlb olunub

  • 23 iyul 2025, 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramında qadınların da fəal iştirakı təmin olunur.

Dövlət Məşğulluq Agentliyindən Yurd.Media-ya verilən məlumata əsasən, bu ilin ötən dövründə proqrama cəlb edilənlərdən 3445 nəfərini qadınlar təşkil edib.

Seçimlərinə əsasən onlardan 1938-i kənd təsərrüfatı, 1507-i isə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaratmaları üçün proqrama cəlb ediliblər.

Proqram iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur və kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimləri başa vuranlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlərlə təmin olunurlar.

Prime Leasing