SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu ay Səyyar ASAN-ın xidmət göstərəcəyi rayonlar - SİYAHI

Bu ay Səyyar ASAN-ın xidmət göstərəcəyi rayonlar - SİYAHI

  • 03 fevral 2026, 15:14

Fevral ayı ərzində Səyyar ASAN-ın xidmət göstərəcəyi rayonlar müəyyənləşib.

Yurd.Media xəbər verir ki, 3-25 fevral tarixində Yevlaxda, Şirvanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Ağdaşda və Xırdalanda, 3-12 fevral tarixində Göygöldə, 16-25 fevral tarixində isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir, saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət oluna bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları