SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Doğum və dəfn üçün müavinətlərin hesablanmasında YENİ QAYDA

Doğum və dəfn üçün müavinətlərin hesablanmasında YENİ QAYDA

  • 02 fevral 2026, 12:44

Hamiləliyə və doğuma, dəfn üçün müavinət ödənişi yeni qaydada hesablanacaq.

Yurd.Media xəbər verir ki, Baş nazir Əli Əsədov "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" yeni redaksiyada təsdiq olunması ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, sənədindən adında və 1.1-ci hissəsində "müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"" sözləri "müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası" sözləri ilə əvəz olunur.

Bununla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşağa qulluğa görə, dəfn üçün müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi yeni qaydada hesablanacaq.

Bu Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçiriləcək.

Bu Qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) ödənişinin bu Qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları