SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Binəqədidə ərazini zəbt edib, işıq dirəyini də hasara almaq istəyir - VİDEO

Binəqədidə ərazini zəbt edib, işıq dirəyini də hasara almaq istəyir - VİDEO

Bakı

Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Zirvə küçəsində qanuni torpağı olmayan şəxsin ərazini zəbt etdiyi və tikinti apardığı iddia olunur.

Yurd.Media xəbər verir ki, şikayətçilər bildiriblər ki, həmin şəxs 300 kvadratmetr ərazini zəbt edib, hətta işıq dirəyini də öz hasarına salmaq niyyətindədir:

"Küçənin zəbt olunması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin heç bir nəticəsi olmayıb. Öz ərazisi olmayan yeri hasarlarıb kirayə vermək niyyətindədir".

Elektrik dirəyinin ətrafını hasartlamağa cəhd edən Əlimərdan Nağıyev isə "Xəzər Xəbər" ə açıqlamasında bildirib ki, bu ərazi onun qanuni sənədli yeridir. O, qonşuların iddialarını fərziyyə adlandırıb. 

Xocahəsən qəsəbəsi üzrə icra nümayəndəsi Ramiz Həsənzadə qeyd edib ki, həmin şəxsə bir neçə dəfə xəbərdarlıq edilib. İcra nümayəndəsi vurğulayıb ki, müvafiq qurumlarla birgə məsələ həllini tapacaq.

Ətraflı süjetdə:

Prime Leasing