SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sabah bəzi ərazilərdə QAZ KƏSİLƏCƏK - YENİLƏNİB

Sabah bəzi ərazilərdə QAZ KƏSİLƏCƏK - YENİLƏNİB

  • 29 aprel 2025, 22:00
Babək

Babək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 30 aprel 2025-ci il tarixində saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində qaz verilişi müvəqqəti olaraq dayandırılacaq.

Qaz təchizatının dayandırılmasına səbəb 100 mm və 159 mm diametrli qaz borularında aşkar edilmiş korroziya hallarının aradan qaldırılmasıdır.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

17:01

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 30.04.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Yurd.Media xəbər verir ki, "Azəriqaz"dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Prime Leasing