SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Binədə Südçülük savxozuun sakinləri suya həsrət qalıblar - VİDEO

Binədə "Südçülük savxozu"un sakinləri suya həsrət qalıblar - VİDEO

Bakı

Binə qəsəbəsinin "Südçülük savxozu" adlanan ərazisinin sakinləri uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkirlər.

Yurd.Media xəbər verir ki ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemi olmadığından, sakinlər içməli suyu pulla almağa və ya uzaq məsafələrdən daşımağa məcbur qalırlar.

Sakinlərin "ATV Xəbər"-ə bildiriblər ki, qəsəbənin bəzi hissələrinə su xətləri çəkilsə də, onların yaşadığı ərazi diqqətdən kənarda qalıb. Onlar deyiblər ki, əsas su xətlərinə məsafə cəmi 200 metr olsa da, bu məsələ illərdir həll olunmur. "Bizi bu qədər yaxın məsafədə su xəttindən ayırmaq ədalətsizlikdir. Hər fəsildə – yayda da, qışda da sudan əziyyət çəkirik", – deyə sakinlər şikayətləniblər.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, Binə qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Qurumun sifarişi ilə həmin ərazilərdə içməli su təchizatı sisteminin qurulması məqsədilə müvafiq layihələr hazırlanıb və bu layihələr tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Sakinlər isə tələblərinin sadə olduğunu bildirirlər – yaxın ərazilərə su xətləri çəkilibsə, onların da bu şəbəkəyə qoşulması təmin edilsin və illərlə çəkdikləri su əziyyətinə son verilsin.

Prime Leasing