SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Biləsuvarda yararsız məktəb binası təmir olunur - FOTO

Biləsuvarda yararsız məktəb binası təmir olunur - FOTO

  • 17 may 2025, 21:29
Biləsuvar

Biləsuvarda məktəb binasında əsaslı təmir aparılır.

Yurd.Media xəbər verir ki, rayonun Ağayrı kəndində yerləşən V. Rüstəmov adına tam orta məktəbin binasında təmir işləri görülür.

Hazırda məktəbin dam örtüyü tamamilə yenilənir, eyni zamanda pəncərələr və elektrik xətləri dəyişdirilir.

Qeyd edək ki, məktəb binası əvvəllər yararsız vəziyyətdə olub. Təhsil ocağı Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.