SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bərdənin bəzi küçələrində qaz olmayacaq

Bərdənin bəzi küçələrində qaz olmayacaq

  • 14 aprel 2025, 15:44
Bərdə

Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Yurd.Media"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq.

Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən "Bərdə" qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni qeyri-əhali abonentinə məxsus qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə daxildən dayandırılması nəzərdə tutulub. Təmir yekunlaşanadək qaz təminatının dayandırılması planlaşdırılıb. Qaz təchizatının dayanması ilə əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq.

Prime Leasing