SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bazarlarda gilasın qiymətləri əl yandırır

Bazarlarda gilasın qiymətləri "əl yandırır"

  • 15 may 2025, 23:09

Paytaxt bazarlarında mövsüm meyvələri satışdadır. Hazırda həm yerli, həm də xaricdən gətirilən məhsullar alıcılara təklif olunur.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, mavigilə idxal məhsulu olduğu üçün 90 manata təklif edilir. Yerli gilasın qiyməti 30 manat, şaftalının qiyməti isə 20 manat civarındadır.

Satıcıların sözlərinə görə, bu günlərdə alıcıların əsas marağı alçayadır. Çiyələk və gilas da bazarlarda yenicə görünüb. Qiymətlər baha olsa da, bu məhsullara da tələbat var.

Bildirilib ki, gələn ay meyvə bolluğu fonunda qiymətlərin xeyli ucuzlaşacağı gözlənilir.

Alıcılar isə əsasən istixanada deyil, təbii şəraitdə yetişdirilən və yerli məhsullara üstünlük verdiklərini deyirlər.

Qeyd edək ki, çiyələyin qiyməti 2-6 manat arasında dəyişir.