Yaxın günlərdə İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayıracaq.
Bu barədə Yurd.Media-ya Fonddan bildirilib.
Məlumata görə, müraciətlər “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən "SİMA Token" (Elektron İmza) və yaxud "ASAN İmza" vasitəsilə həyata keçiriləcək.