SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakının bu ərazilərində qaz kəsiləcək

Bakının bu ərazilərində qaz kəsiləcək

Bakı

Sabah Bakının Yasamal və Xəzər rayonlarının bəzi küçələrin qaz təchizatı dayandırılacaq.

"Yurd.media" xəbər verir ki, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədi ilə aprelin 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Prime Leasing