Bakıda 28 ailənin yaşadığı bina uçmaq üzrədir - ŞİKAYƏT + VİDEO

Bakıda 28 ailənin yaşadığı bina uçmaq üzrədir - ŞİKAYƏT + VİDEO

  • 20 aprel 2025, 21:56
Bakı

Bakının Xətai rayonu NZS qəsəbəsi, Marat Əmirxanov 19 ünvanında yerləşən yaşayış binası qəzalı vəziyyətdədir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, binanın damı uçub-tökülür, eyvanları isə təhlükəli saçır.

Belə ki, sözügedən 6 bloklu 3 mərtəbəli binada 28 ailə yaşayır.

Sakinlər iddia edirlər ki, binanın damını illər öncə dəfələrlə öz vəsaitləri hesabına təmir ediblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina artıq paytaxtdakı qəzalı binaların siyahısına daxil edilib.

Qeyd olunan ünvandakı qəzalı bina ilə bağlı da müvafiq qərar veriləcək.

Ətraflı süjetdə: