SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycanın ən uzunömürlü qadını 136 yaşında vəfat edib - FOTO

Azərbaycanın ən uzunömürlü qadını 136 yaşında vəfat edib - FOTO

  • 04 iyun 2026, 17:48
Lənkəran

Lənkəranın 136 yaşlı sakini vəfat edib.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Azərbaycanın ən yaşlı sakini olan hesab olunan Lənkəran rayon sakini Tamam Əli qızı Əzizova vəfat edib.

1890-cı il təvəllüdlü Tamam Əzizova müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

O, son beş gündə xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə alırdı.

Qeyd edək ki, Tamam Əzizova gənc yaşlarında həyat yoldaşını itirib, dörd övladını təkbaşına böyüdərək ərsəyə çatdırıb.

Tamam Əzizova uzunömürlüləri ilə tanınan Lənkəran bölgəsinin ən yaşlı sakinlərindən biri sayılırdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları