SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

  • 06 sentyabr 2025, 12:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 53-ə çatıb.

Bu barədə Yurd.Media-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 32-si qız, 21-i oğlandır. Həmçinin 27 nəfəri 6 yaşadək olan, 21 nəfəri 7-13 yaş arası, 5 nəfəri 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 29-u hazırda Bakı şəhərindəki, 24-ü rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Qanunvericiliyə uyğun olaraq Nazirliklə uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

"Himayədar ailə" qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsinə və inkişafına xidmət edir.

Prime Leasing