SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda 24 nəfərə təzə maşın veriləcək

Azərbaycanda 24 nəfərə təzə maşın veriləcək

  • 17 dekabr 2025, 20:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi 24 nəfərə avtomobil verəcək.

Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu tədbirlərin davamı olaraq qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmələri üçün tibbi göstərişi olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təqdim ediləcək.

Məlumata əsasən, həyata keçirilən tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il istehsalı olan sedan tipli avtomobillə təmin olunacaq.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi artıq bu istiqamətdə müvafiq işlərə başlayıb.

Agentlik avtomobillərin satın alınmasının ümumilikdə 390.6 min manata başa gələcəyini proqnozlaşdırır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları